AZ

Fransa millisinin keçmiş üzvü dünyasını dəyişdi

ain.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

Fransa millisinin yanvar ayında xəstəxanaya yerləşdirilən Fransa millisini sabiq hücumçusu Bernard Lakomb vəfat edib.

QOL.az xəbər verir ki, o, 72 yaşında dünyasını dəyişib.

Lakomb Liqa 1 tarixində ən çox qol vuran fransalı futbolçudur (255). O, turnirin ümumi bombardirləri siyahısında isə 2-cidir. B.Lakomb yalnız argentinalı Delio Onnisdən geri qalır. 

Keçmiş forvard 1969-1987-ci illərdə "Lion", "Sent-Etienne" və "Bordoux" klublarında oynayıb.

B.Lakomb 1984-cü ildə Fransa millisi ilə Avropa çempionatının qalibi olub. Karyerasını başa vurduqdan sonra “Lion”da məşqçi kimi çalışıb, 2019-cu ilə qədər idman direktoru və prezident Jan-Mişel Aulasın müşaviri vəzifəsində işləyib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
1
qol.az

2Mənbələr