AZ

QDİƏT PA-nın 65-ci plenar sessiyasının iştirakçıları Fəxri xiyabanı ziyarət edib

Bakı, 18 iyun, AZƏRTAC

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyasının iştirakçıları iyunun 18-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarını ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, qonaqlar Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarı önünə əklil qoyub, xatirəsini dərin hörmət və ehtiramla anıblar.

QDİƏT PA 65-ci plenar sessiyasının iştirakçıları görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarlarını da ziyarət ediblər.

Seçilən
5
4
azertag.az

5Mənbələr