AZ

“Azərişıq”dan daha bir milyonluq iş

Füzuli rayonu Qoçəhmədli, Qarğabazar və Cuvarlı yaşayış məntəqələrinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq yeni iki dövrəli ÖİN(SİP-3) elektrik veriliş xəttinin çəkilməsinə 1 048 450 AZN xərclənəcək.

 

Pravda.az-ın xəbərinə görə, bu işləri “19 saylı Tikinti Təmir İdarəsi” MMC görəcək.

 

“Azərişıq” ASC və MMC arasında müqavilə bağlanılıb.

 

Cabir

Tarix: 18 İyun 2025, 10:10   
Seçilən
9
3
pravda.az

4Mənbələr