AZ

Rusiyalı iş adamı Samvel Karapetyan Ermənistanda saxlanılıb

Ermənistan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları erməni əsilli rusiyalı biznesmen, “Taşir” Şirkətlər Qrupunun prezidenti və təsisçisi Samvel Karapetyanı saxlayıb.

Oxuməni.az “TASS”-a istinadən xəbər verir ki, iş adamı saxlanıldıqdan sonra onun tərəfdarları idarənin yerləşdiyi Nalbandyan küçəsinə toplaşıb. Ermənistan Daxili İşlər Nazirliyi hələlik vəziyyətə münasibət bildirməyib.

Çərşənbə axşamı Karapetyanın evində axtarış aparılıb, bu, o, jurnalistlərə “kiçik qrup erməni kilsəsinə, erməni xalqına hücum edib” deməsindən sonra baş verib. Karapetyan iddia edib ki, “siyasətçilər uğursuzluğa düçar olarsa, biz kilsəyə qarşı kampaniyaya öz üsulumuzla müdaxilə edəcəyik”.

Xatırladaq ki, mayın 30-da Ermənistanın baş naziri Nikol Paşinyan və həyat yoldaşı Anna Akopyan öz sosial şəbəkələrində erməni kilsəsinin nümayəndələrinin ünvanına aşağılayıcı ifadələr yer alan bir neçə yazı dərc ediblər.

Almaz Həsənli

Seçilən
15
oxumeni.az

1Mənbələr