ain.az, Sportal.az portalına istinadən məlumat verir.
Basketbol üzrə 3 qat Azərbaycan çempionu "Sabah" 2025/2026 mövsümündə FIBA Çempionlar Liqasında mübarizə aparacaq.
Sportal.az xəbər verir ki, təmilçimiz birbaşa müntəzəm çempionatda oynamaq hüququ qazanıb.
Bu Azərbaycan basketolunda ilk hadisədir.
"Sabah"dan başqa Çempionlar Liqasının qrup mərhələsində iştirak edəcək komandalar bəllidir: AEK, “Karditsa”, “Promiteas Patras”(hamısı Yunanıstan), “Alba”, “FIT1 Vurzburq”, “MLP Akademiks Heydelberq” (hamısı Almaniya), “Bnei Penlink”, “Hapoel Holon” (hər ikisi İsrail), “Şole”, “Le Mans Şarte” (hər ikisi Fransa), “Drimland Qran Kanariya”, “Hoventut”, “La Laquna”, “Unikaxa” (hamısı İspaniya), “ERA Nimburk” (Çexiya), “Filho Oostende” (Belçika), “Qalatasaray”, “Mersin SK”, “Tofaş” (hamısı Türkiyə), “Igokea Mtel” (Bosniya və Herseqovina), “NCSS-Şolnoki” (Macarıstan), “Pallasanestro”, “Trapani Şark” (hər ikisi İtaliya), “Ritas Vilnus”(Litva), “Benfika”(Portuqaliya), “Spartak Offis”(Serbiya), VEF(Latviya) və Polşa çempionu.
Daha 24 klub seçmə mərhələdə üç qalibi müəyyən edəcək ki, onlar da qrup mərhələsinə adlayacaqlar. Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimi iyulun 2-də, oyunlar isə oktyabrın 7-də başlayacaq.
saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.