ain.az, Turkstan.az saytına istinadən bildirir.
Çin İrana ən azı üç yük təyyarəsi göndərib.
Turkustan.az xəbər verir ki, bu barədə “The Telegraph” yazıb.
Məlumata görə, bu, İsrail İrana qarşı əməliyyata başlayandan sonra baş verib.
“İlk uçuş iyunun 14-də, digərləri isə növbəti iki gündə yerinə yetirilib. Təyyarələr Çinin şimalı boyunca qərbə doğru hərəkət edərək Qazaxıstanı keçib, cənubdan Özbəkistan və Türkmənistana keçib, İrana yaxınlaşarkən radarlardan itiblər. Hər dəfə Lüksemburq son təyinat yeri kimi göstərilsə də, görünür, təyyarələr Avropaya yaxınlaşmayıb”, – deyə bildirilib.
Qeyd edilib ki, uçuşlar “Boeing 747” yük təyyarələri ilə həyata keçirilib:
“Onlar adətən hərbi texnika və silahların daşınması üçün istifadə olunur. Analitik Andrey Qilsel bildirib ki, Çinin İrana hansısa şəkildə kömək edəcəyi gözlənilir. Çünki mövcud İran rejiminin süqutu Pekinə ciddi zərbədir. Bu, Yaxın Şərqdə böyük qeyri-sabitliyə səbəb olacaq və nəticədə Çinin iqtisadi və enerji maraqlarına zərbə vuracaq”. /globalinfo.az/
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.