ain.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"İki mövsümə yaxın çıxış etdiyim, evim olan bu klubla vidalaşmağın vaxtı çatıb". Sport24.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın yeni transferi Dani Bolt şəxsi instaqram hesabında yazıb.25 yaşlı müdafiəçi Portuqaliya təmsilçisi "Torrense" ilə vidalaşıb."Bir çox oyunlarda mübarizə apardıq, qələbələr, məğlubiyyətlər gördüm, təcrübə qazandım. Hər şeydən önəmli olan odur ki, bu forma və azarkeşlərlə əsl bağlılıq var idi".Braziliyalı oyunçu bu komandada çıxış etməyində ona şərait yaradan hər kəsə təşəkkür edib:"Klubun İdarə Heyətinə, məşqçilərə, digər işçilərə, komanda yoldaşlarıma və əlbəttə ki, azarkeşlərə minnətdaram. Fanatların adımı səsləndirməsini eşitmək, komanda yoldaşlarımla hər qalibiyyəti qeyd etmək məndə uzunmüddətli xoş təəssüratlar saxlayacaq. Bu formanı geyindiyim üçün fəxr edirəm. Komanda üçün əlimdən gələnin ən yaxşısını etdim. Bu klub həmişə mənim tariximin bir parçası olacaq. Hər şey üçün çox sağ olun". Qeyd edək ki, Dani Bolt "Qarabağ"la 3+1 illik müqavilə imzalayıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.