AZ

“Bunu sözlə deyil, siyasətlə də nümayiş etdirmişik”

“Azərbaycan həmişə dialoq, din, birgə yaşayış, beynəlxalq əməkdaşlığa böyük önəm verib. Bunu yalnız sözlə deyil, dövlət siyasəti səviyyəsində də nümayiş etdirib”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏTPA) Prezidenti Sahibə Qafarova Baş Assambleyanın 65-ci plenar sessisiyasında bildirib. 

“Bu gün Bakı regionumuzun gələcəyini daha da yaxılaşdıracaq həll yollarının birgə axtarıldığı məkana çevrilməkdədir. Xüsusilə qeyd etmək istərdim ki, Azərbaycanın bu mühüm beynəlxalq foruma uğurla ev sahibliyi etməsi ölkə prezidenti İlham Əliyev tərəfindən aparılan uzaqgörən siyasətin nəticəsidir. Biz qürur duyuruq ki, bu gün Azərbaycan yalnız müasir çağırışlara cavab verməklə kifayətlənmir, eyni zamanda regional və qlobal gündəliyin formalaşmasına fəal iştirak edir, sülhü dəstəkləyir.

İkinci Dünya Müharibəsindən sonra Azərbaycan işğal altında olan ərazilərini azad edən, ərazi bütövlüyünü bərpa edən yeganə ölkədir. QDİƏTPA-nın regionumuzdakı rolu doğrudan da bənzərsizdir. Bu qurum Balkanlardan Qafqaza, Qara dənizdən Xəzər dənizinədək uzanan ölkələri birləşdirir. Söhbət təkcə coğrafiyadan getmir. Bizi ortaq tarix, mədəniyyət, iqtisadi maraqlar və ən əsası sülh arzusu birləşdirir. Çalışaq ki, qəbul etdiyimiz qərarlar yalnız söz olaraq qalmasın, insanların həyatlarını dəyişəcək real təşəbbüslərlə müşayiət olunsun”, - deyə Sahibə Qafarova qeyd edib.

Nuranə Daxilqızı 

Seçilən
13
1
qafqazinfo.az

2Mənbələr