İsrail aviasiyası Tehranın şərq kənarında yerləşən İmam Hüseyn hərbi universitetini vurub.
APost bildirir ki, bu barədə İran mediası xəbər verir.
Bu, hərbi və mülki mütəxəssislərin hazırlanması və təkmilləşdirilməsi üçün ali hərbi təhsil müəssisəsidir.
İsrail ordusu iyunun 18-nə keçən gecə İrandakı hədəflərə yeni zərbələr endirdiyini elan edib. Bundan əvvəl İsrail hərbçiləri Tehranın cənub-qərbindəki bir rayonun sakinlərinə təxliyyə olunmaları ilə bağlı xəbərdarlıq etmişdilər.
“The Times of Israel” İsrail Müdafiə Qüvvələrinə istinadən yazır ki, IAF-nin təyyarəsi də Tehrandakı sentrifuqa zavoduna və silah fabriklərinə zərbələr endirib.