AZ

Klublararası dünya çempionatı: “İnter” xal itirdi – VİDEO

ABŞ-də keçirilən 2025-ci il FIFA klubların dünya çempionatı davam edir.

Bizim.Media xəbər verir ki, ilkin mərhələdə mübarizə hərəsində dörd iştirakçı olmaqla 8 qrupda gedir.

Bu gün Bakı vaxtilə səhər keçirilən oyunlarda F qrupunun ilk turunda Cənubi Afrika təmsilçisi “Mamelodi Sandauns” Cənubi Koreyanın “Ulsan” komandasına minimal hesabla qalib gəlib – 1:0.

E qrupunda isə UEFA Çempionlar Liqasının finalçısı “İnter” Meksika “Monterrey”i ilə bacarmayıb – 1:1. Serxio Ramosun 25-ci dəqiqədə vurduğu qola İtaliya klubu Lautaro Martinesin 42-ci dəqiqədə dəqiq zərbəsi ilə cavab verib.

Bu gün həmçinin G və H qruplarında mübarizənin başlaması ilə “Mançester Siti” və “Real Madrid” də mundiala qoşulacaqlar. İngiltərə klubu saat 20:00-da başlayacaq oyunda “Vidad”la (Mərakeş), İspaniya təmsilçisi isə 23:00-da start götürəcək qarşılaşmada “Əl-Hilal” (Səudiyyə Ərəbistanı) ilə üz-üzə gələcək.



Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
15
bizim.media

1Mənbələr