AZ

Trampın İsrail-İran münaqişədinə müdaxiləsinə qadağa qoyulur?

ABŞ Konqresinə Donald Trampı İsrail və İran arasındakı münaqişəyə müdaxilə etməmək barədə xəbərdar edən ikipartiyalı qətnamə təqdim edilib. Bu barədə Sky News məlumat yayıb.


Sənədi respublikaçı Tomas Massi və demokrat Aleksandriya Okasio-Kortez hazırlayıb. Sonuncunun fikrincə, Konstitusiya ABŞ-nin icra hakimiyyətinə birtərəfli qaydada “müharibə aktları” törətməyə icazə vermir.

"Konqres İrana müharibə elan etmək üçün yeganə səlahiyyətə malik qurumdur. İsrail və İran arasında davam edən müharibə isə bizim müharibəmiz deyil. Bu bu cür olsa belə, Konqres bu kimi məsələlərə Konstitusiyamıza uyğun qərar verməlidir", - Massi deyib.

Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İranın nüvə və raket proqramlarına zərər vurmaq üçün "Am KeLavi" (Şir kimi millət) əməliyyatına başladığını elan edib. ÇAXAL Tehran və Natanz da daxil olmaqla bir neçə bölgədə əvvəlcədən müəyyənləşdirilmiş hədəflərə zərbələr endirib. Hədəflər İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinin yerləşdiyi hərbi bazalar, hava hücumundan müdafiə sistemləri və bəzi yaşayış kompleksləri olub.

Belə bir gərginlik fonunda İranın ali dini lideri Əli Xamenei vətəndaşlara müraciət edib. O, gözlənilməz hücumlar nəticəsində bir neçə alim və yüksək rütbəli komandirin həlak olduğunu bildirib. Eyni zamanda Xamneyi İsrailin zərbələrinə cavab məsələsində İran əsgərlərinə “hərəkət azadlığı” verdiyini bildirib. Artıq bir neçə gündür ki, hər iki ölkə qarşılıqlı şəkildə bir-birinin ərazisini bombalayır.

Tural

Seçilən
6
news365.az

1Mənbələr