AZ

“28 May” stansiyasında BƏDBƏXT HADİSƏ – Tələbə qatar yoluna düşdü

Səhər saatlarında Bakı metrosunun “28 May” stansiyasında sərnişin qatar yoluna düşüb.

Qatar stansiyaya çatmamış dayandırılıb.

Gənc sərnişin stansiyanın əməkdaşları tərəfindən xilas edilib.

Məlumatı sayta açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov təsdiqləyib.

O qeyd edib ki, gəncin tələbə bileti stansiya yoluna düşüb.

“O, stansiya yolundan bileti götürüb və çıxıb. “Bakı Metropoliteni” QSC-nin qaydalarına uyğun olaraq gənc polisə təhvil verilib”, – açıqlamada bildirilib./modern.az

Seçilən
0
33
tribunainfo.az

10Mənbələr