AZ

Paşinyanın əsəbləri artıq dözmür...

Paşinyan bir sutka içində Rusiyanın ən zəngin ermənisi Samvel Karapetyanın həbsinə göstəriş verdi, səhər isə Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyanı işdən çıxardı...

Kilsə əleyhinə kampaniya başlayandan sonra Paşinyanın əsəbləri artıq dözmür... Bu iki hadisə Ermənistanın baş nazirinin nə qədər aqressiv davranmağa başladığını nümayiş etdirir.

Dünən Samvel Karapetyanın evi ətrafında hadisələr və onun həbsi çox maraqlı inkişaf edib. Prosesdə iki güc strukturu - Milli Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyi iştirak edib... Ehtimal etmək olar ki, Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Paşinyanın tapşırığını yerinə yetirməkdən imtina edib, buna görə də işini itirib...

Armen Vaqarşakoviç Milli Təhlükəsizlik Xidməti sistemindən idi... Milli Təhlükəsizlik Xidmətindəki yerinə “paraşütçü” gətirildi, sistemdən olmayan şəxs, Andranik Simonyan...

Demək olar ki, Ermənistanın bütün hüquq-mühafizə orqanları artıq Paşinyana yaxın, sistemdən kənar olan şəxslərin əlindədir...

Ümumiyyətlə, Paşinyan riskli adamdır... Rusiyanın ən zəngin ermənisini, eyni zamanda erməni elektrik şəbəkələrinin sahibini həbs etmək, Türkiyəyə səfəri ərəfəsində isə Milli Təhlükəsizlik Xidmətinin rəhbərini işdən çıxarmaq – bu hər adamın işi deyil...

Görünən odur ki, Paşinyan qabağlayıcı tədbirlər görür..

Seçilən
10
anspress.com

1Mənbələr