AZ

Azərbaycanda daha əlçatan məhkəmə sistemi qurulacaq - İNAM KƏRİMOV

Qloballaşan dünya inkişaf etdikcə, qarşımıza yeni çağırışlar və yeni tələblər çıxır, bu baxımdan gələcəyin məhkəmə sistemi yalnız hüquqi islahatlarla deyil, həm də texnoloji inkişaflarla güclənəcək. SİA xəbər verir ki, bunu Ali Məhkəmənin və Məhkəmə Hüquq Şurasının sədri İnam Kərimov “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” adlı beynəlxalq konfransda deyib.

O bildirib ki, süni intellekt, rəqəmsal texnologiyalar və avtomatlaşdırma sahələrindəki yeniliklər məhkəmə proseslərini daha sürətli, şəffaf və ədalətli etmək üçün böyük imkanlar yaradacaq:

"Virtual məhkəmələr, video-konfranslar və elektron imzalar vasitəsilə hüquqi xidmətlərə daha geniş çıxış təmin ediləcək və nəticədə daha əlçatan bir məhkəmə sistemi qurulacaq. Nəticədə daha əlçatan bir məhkəmə sistemi qurulacaq. Bu imkanlar məhkəmələrin daha effektiv olmasına, hakimlərin iş yükünün azalmasına, qərarların daha çevik qəbuluna şərait yaradacaq və məhkəmə sisteminin fəaliyyətini daha da təkmilləşdirəcək".

Seçilən
18
5
sia.az

9Mənbələr