Apa.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Hazırda çoxtərəfli əməkdaşlıqda böyük böhranlar yaşanır, ona görə də bizdən iqtisadi əməkdaşlığı gücləndirmək tələb olunur.
APA xəbər verir ki, bunu Milli Məclisdə keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏTPA) 65-ci Baş Assambleyasının plenar iclasında Şimali Makedoniya Respublikası Assambleyasının Prezidenti Afrim Qaşi deyib.
Afrim Qaşi bildirib ki, siyasi dialoq firavan gələcəyin yaradılması üçün yeganə üsuldur: “Şimali Makedoniya Avropaya inteqrasiya prinisplərinə sadiq olaraq QDİƏT-in inkişafını əsas kimi görür. QDİƏT-də yoxsulluğa qarşı mübarizə, mədəni əlaqələr sahəsində çox böyük işlər görülüb. Siyasi qütbləşmə artdığı dövrdə biz vətəndaşların istəklərini dərindən başa düşməliyik. Dünya çox sürətlə dəyişir, vətəndaşlar bizdən dəyərlər əsasında inkişaf gözləyirlər. İqtisadi inkişaf olmadan sülh, hörmət, və bərabərsizlik mümkün deyil”.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.