Azərbaycan çempionatının bürünc mükafafçısı "Araz-Naxçıvan" yeni mövsümün hazırlığına başlayıb.

Offsideplus.az xəbər verir ki, bununla bağlı klubun mətbuat xidməti məlumat yayıb.

İlk məşqlərdə hələlik yerli futbolçular iştirak edirlər.

Legionerlərdən yalnız yeni transfer, konqoəsilli alman futbolçu Simakala Ba-Muaka komandanın düşərgəsindədir. Digər futbolçular yaxın günlərdə məşqlərə qoşulacaq.

Plana əsasən, Elmar Baxşıyevin komandası iyulun 2-dək Bakıda hazırlaşacaq. Bundan sonra Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışının keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, "Araz-Naxçıvan" gələn ay ölkəmizi UEFA Konfrans Liqasında təmsil edəcək.