AZ

Qanunun aliliyi insan hüquq və azadlıqlarının ən mühüm təminatçısıdır - Səbinə Əliyeva

Bakı. Trend:

Qanunun aliliyi təkcə cəmiyyətin ədalətli və dayanıqlıinkişafının təməl daşı deyil, həm də insan hüquq və azadlıqlarınınən mühüm təminatçısıdır.

Trend xəbərverir ki, bu sözləri Azərbaycan Respublikasının İnsan Hüquqlarıüzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bu gün keçirilən “Qanununaliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqlarıinstitutlarının rolu” mövzusunda Ombudsmanların BeynəlxalqSimpoziumunda çıxış edərkən deyib.

O bildirib ki, bu baxımdan, Konstitusiyada insan hüquq vəazadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi kimi təsbitolunması, habelə bu ali məqsədin həyata keçirilməsində məsul olan,konstitusion statusa malik Ombudsman təsisatının yaradılmasıölkəmizdə insan hüquqlarına verilən ən yüksək dəyərintəzahürüdür.

"Konstitusiyanın əsas məqsədlərindən biri də dövlətmüstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasıdır.Bu amillər demokratik dövlətin mövcudluğunun və institusionaldavamlılığının, onun beynəlxalq hüququn subyektinə çevrilməsininbaşlıca şərtləri kimi çıxış edir. Qürurverici haldır ki, MüzəffərAli Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 30 ildənçox işğal altında olan torpaqlarımız azad edildi, ölkəmizinbeynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyi tamolaraq bərpa edildi, bölgədə sülh və sabitlik təmin olundu.

Bu baxımdan, Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünümünasibətilə ölkə Prezidentinin müvafiq sərəncamına əsasən elanolunmuş “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkiledilmiş bugünkü Beynəlxalq Simpozium qanunun aliliyinin vəsuverenlik dəyərlərinin təbliği və təşviqi nöqteyi-nəzərindənxüsusi önəm daşıyır"- deyə o əlavə edib.

Məqalədə:
Seçilən
9
2
az.trend.az

2Mənbələr