Beyləqanda 18 yaşlı qız özünə xəsarət yetirib.
Teleqraf-ın yerli bürosunun xəbərinə görə, hadisə ötən gün rayon ərazisindəki qəsəbədə baş verib.
Məlumata görə, Füzuli rayon sakini Cəfərova Türkan Ramil qızı Beyləqanda bir oğlana qoşularaq qaçıb. Ailələr arasında münasibətlər normal olmadığından T.Cəfərova 3 gün sonra atası evinə qayıdıb.
Hadisə qız atası evinə qayıdandan sonra baş verib. Bıçaqla bud nayihəsindən özünə xəsarət yetirən T.Cəfərova yaxınları tərəfindən Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.