AZ

Rusiyanın Kiyevə son hücumu - Ölü sayı 22-yə çatdı

Ötən gecə ukraynalı xilasediciləi Kiyevin Solomenski rayonunda axtarış işlərini davam etdirib. Rusiya hücumunun qurbanı olan daha 5 nəfərin cəsədi dağıntılar altından çıxarılıb.

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Dövlət Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Bu gün səhər saatlarına olan məlumata görə, 16 nəfərin cəsədi qismən dağılmış doqquzmərtəbəli binanın dağıntıları altından çıxarılıb. Axtarışlar davam edir.

Xilasedicilər aydınlaşdırıblar ki, Rusiyanın iyunun 17-də Kiyevə hücumu nəticəsində 21 nəfər ölüb, 134 nəfər yaralanıb.

İyunun 17-də Rusiyanın kütləvi atəşə tutması nəticəsində Kiyevdə hazırda 22 nəfərin öldüyü məlumdur. Bu barədə şəhər meri Vitali Kliçko məlumat verib.

"İyunun 17-nə keçən gecə düşmənin paytaxta hücumundan sonra 22 nəfər həlak olub. Xilasedicilər Solomenski rayonundakı evdəki dağıntıları hələ də təmizləyirlər", - o Telegram-da yazıb.

Bu gün səhər saatlarında xilasedicilər Solomenski rayonunda qismən dağılmış doqquzmərtəbəli binanın dağıntıları altından daha bir ölmüş şəxsin (kişi) cəsədinin çıxarıldığını bildiriblər.

Fövqəladə Hallar Dövlət Xidməti dəqiqləşdirib ki, qeyd olunan ünvandan ümumilikdə 17 cəsəd götürülüb.

Seçilən
3
1
modern.az

2Mənbələr