AZ

"AS Group" və "BI Group" şirkətləri "4You Baku" premium yaşayış kompleksini ictimaiyyətə təqdim etdilər (FOTO)

Bakı. Trend:

Azərbaycanın aparıcı şirkətlərindən olan “ASGroup” ilə Mərkəzi Asiyanın qabaqcıl developerşirkətlərindən biri sayılan “BI Group” stratejitərəfdaşlıq çərçivəsində həyata keçirəcəkləri "4You Baku"premium yaşayış kompleksi layihəsini ictimaiyyətə təqdimetdilər.

Təqdimat mərasimi Qazaxıstan Respublikasının Azərbaycandakısəlahiyyətli səfiri Alim Bayelin açılış nitqi ilə başladı. Səfir,iki ölkə arasında möhkəmlənən iqtisadi və mədəni əlaqələrin bu kimilayihələrlə daha da dərinləşdiyini vurğuladı.

Daha sonra “AS Group” şirkətinin təsisçisiŞahin Mövsümov və “BI Group” şirkətinin başdirektoru Aydın Rahimbayev çıxış edərək, tərəfdaş şirkətlərinregionda reallaşdırdığı layihələr, eləcə də “4YouBaku” kompleksinin iqtisadi və memarlıq baxımındanəhəmiyyəti haqqında ətraflı məlumat verdilər.

Layihənin memarı, Türkiyənin məşhur RetaProject şirkətinin rəhbəri Hayr Baysak isə “4YouBaku” kompleksinin dizayn xüsusiyyətləri, funksionallığıvə müasir şəhərsalma prinsiplərinə uyğunluğu barədə təqdimatlaçıxış etdi.

Tədbirdə şəhərsalma və daşınmaz əmlak sahəsinin ekspertləri,media nümayəndələri, blogerlər, ictimai xadimlər, iştirakedirdilər. "4You Baku" layihəsinin ilkin satışmərhələsinə də məhz bu tədbir çərçivəsində rəsmi olaraq startverildi.

Qonaqlar üçün maraqlı və interaktiv fəaliyyətlər də təşkilolunmuşdu: lotereya çəkilişində qaliblər müəyyən olunaraq xüsusihədiyyələrlə mükafatlandırıldılar, virtual reallıq (VİAR)texnologiyası vasitəsilə layihənin məkanına immersiv baxış imkanıyaradıldı. Tədbir zövqlə hazırlanmış furşet və musiqili-bədiiproqramla davam etdi.

1995-ci ildə əsası qoyulmuş “BI Group”indiyədək doqquz ölkədə layihələr həyata keçirmiş və 7 milyonkvadratmetrdən artıq yaşayış sahəsi inşa edərək, təxminən 500 minQazaxıstan vətəndaşını mənzillə təmin etmişdir. Holdinq yaşayış,kommersiya və infrastruktur tikintisini, eləcə də sənaye layihələrivə daşınmaz əmlakın idarə olunması sahələrini inkişaf etdirir.Hazırda şirkət Mərkəzi Asiya və Qafqaz ölkələrində, həmçinin ABŞ,Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı Krallığındafəaliyyət göstərir.

“AS Group” 2003-cü ildən etibarən dövlət vəözəl sektor üçün kompleks layihələrin icrasında öncül rol oynayır.Şirkət tikinti, daşınmaz əmlak, kənd təsərrüfatı, sənaye,nəqliyyat-logistika, bərpa olunan enerji və HoReCa sahələrindəuğurla fəaliyyət göstərir. “AS Group” eyni zamanda, beynəlxalqlayihələr vasitəsilə ölkəyə xarici investisiyaların cəlbolunmasında da mühüm töhfələr verir. Şirkət və onun layihələrihaqqında daha ətraflı məlumat almaq üçün www.asgroup.az saytınadaxil ola bilərsiniz.

Məqalədə:
Seçilən
1
7
az.trend.az

8Mənbələr