Rusiyanın iyunun 17-də Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb.
APA xəbər verir ki, bu barədə şəhərin meri Vitali Kliçko bildirib.
Kliçkonun sözlərinə görə, hücum nəticəsində 22 nəfər həyatını itirib.
Kiyevin Solomenski rayonunda axtarış işləri davam edir.
Bundan əvvəl hücum nəticəsində 14 nəfərin həlak olduğu, 55 bəfərin yaralandığı açıqlanmışdı.