AZ

Qanunun aliliyinin əsası güclü hüquqi baza və nəzarətdir Səbinə Əliyeva

ain.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qanunun aliliyinin təmin edilməsinin əsas elementlərindən biri də qanunvericiliyin müasir çağırışlara uyğun olaraq təkmilləşdirilməsidir. 

News24.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva “Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumunun açılışnda deyib.

O, qeyd edib ki, rəqəmsal texnologiyaların sürətlə inkişafı bu sahədə milli insan hüquqları təsisatlarının rolunu aktual edir. Qeyd edim ki, Ombudsman təsisatı olaraq qanunvericiliyin təkmilləşdirilməsi prosesində yaxından iştirak edir, normativ hüquqi akt layihələrinə dair tərəfimizdən rəy və təkliflər verilir, habelə qanunların qəbul edilməsi, ləğv edilməsi və ya onlarda dəyişikliklər edilməsi ilə bağlı Milli Məclisə təkliflər təqdim olunur.

"Qanunun aliliyinin təmin edilməsində digər vacib amil normativ hüquqi aktların icrasına nəzarətin effektiv təşkilidir. Müsbət təcrübə olaraq bildirirəm ki, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun icrasına nəzarət mandatı çərçivəsində tərəfimizdən informasiya əldə etmək hüququnun təmin edilməsi, habelə qanunvericiliklə müəyyən edilmiş müddətdə informasiya sorğularının cavablandırılması üzrə zəruri tədbirlər görülməkdədir".

Aqil Qarayev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
1
news24.az

2Mənbələr