AZ

İdman yarışlarında qaliblərə ayrılan pullar verilməyib, nazirliyə 871 min manatdan çox zərər dəyib MƏHKƏMƏ

ain.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və eyni idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri olmuş Eldəniz Qulamovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. SİA-nın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə cinayət işi üzrə zərərçəkən qismində tanınmış Gənclər və İdman Nazirliyinin hüquqi nümayəndəsi ifadə verib.

Nümayəndə bildirib ki, təqsirləndirilən şəxslər müxtəlif vaxtlarda keçirilmiş idman tədbirləri zamanı xərclər smetasını göstərmədən mükafatların verilməsi ilə bağlı arayışlar təqdim ediblər:

"Həmin arayışlarda məbləğlər göstərilməyib. Audit yoxlaması zamanı Maliyyə Nazirliyinin baş məsləhətçisi deyib ki, 52 yarış üzrə xərclər smetasında məlumat verilməyib. Bu yarışları keçirən zaman dövlət büdcəsindən kənar xərcləmələr olub. Ümumilikdə, Gənclər və İdman Nazirliyinə 871 min 255 manatdan çox zərər dəyib. Maliyyə yoxlaması zamanı məlum olub ki, təqsirləndirilən şəxslər ayrılan pulları yarışın qaliblərinə verməyib, özlərinə götürüblər".

Prosesdə zərərçəkən kimi tanınan Gənclər və İdman Nazirliyinin nümayəndəsi təqsirləndirilən şəxslərə qarşı mülki iddia qaldırdığını bildirib.

Məhkəmədə şahid Samir Kazımov ifadə verib. Onun sözlərinə görə, 2004-cü ildən sözügedən idarədə baş məsləhətçi işləyib:

"Hər il tədbirlər planı olurdu. O planlar əsasında tədbirlər keçirmişik. Müəyyən qədər vəsait götürüb tədbirlərə xərcləmişik. Tədbirlərimiz çox olurdu. Tədbirlərdən sonra bankdan götürülən pulların təyinatı üzrə xərclənməsinə dair hesabat verirdim. Elə olurdu ki, planda nəzərdə tutulmayan tədbirlərimiz də olurdu.Bunlar məktub əsasında keçirilirdi. Bu tədbirlərə pullar ayrılmış vəsaitdən xərclənirdi. Biz digər qurumlarla da tədbirlər təşkil edirdik".

Şahidin ibtidai istintaqa verdiyi ifadəsi ilə məhkəmədəki ifadəsində ziddiyyətlər olduğu üçün onun ibtidai istintaqa verdiyi ifadəsi elan olunub. Belə ki, şahid ibtidai istintaq zamanı deyib ki, bəzən tədbirlər planında nəzərdə tutulan tədbirlərin bir neçəsi keçirilməyib. Şahid sözügedən ifadələr arasındakı ziddiyyətə münasibət bildirməyib.

Növbəti proses iyulun 9-na təyin olunub.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan cinayət işi istintaqı zamanı təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 179.4-cü ( mənimsəmə-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.

İş üzrə dəymiş ziyandan 100 min manat ödənilib.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və eyni idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri olmuş Eldəniz Qulamovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report"un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə cinayət işi üzrə zərərçəkən qismində tanınmış Gənclər və İdman Nazirliyinin hüquqi nümayəndəsi ifadə verib.

Nümayəndə bildirib ki, təqsirləndirilən şəxslər müxtəlif vaxtlarda keçirilmiş idman tədbirləri zamanı xərclər smetasını göstərmədən mükafatların verilməsi ilə bağlı arayışlar təqdim ediblər:

"Həmin arayışlarda məbləğlər göstərilməyib. Audit yoxlaması zamanı Maliyyə Nazirliyinin baş məsləhətçisi deyib ki, 52 yarış üzrə xərclər smetasında məlumat verilməyib. Bu yarışları keçirən zaman dövlət büdcəsindən kənar xərcləmələr olub. Ümumilikdə, Gənclər və İdman Nazirliyinə 871 min 255 manatdan çox zərər dəyib. Maliyyə yoxlaması zamanı məlum olub ki, təqsirləndirilən şəxslər ayrılan pulları yarışın qaliblərinə verməyib, özlərinə götürüblər".

Prosesdə zərərçəkən kimi tanınan Gənclər və İdman Nazirliyinin nümayəndəsi təqsirləndirilən şəxslərə qarşı mülki iddia qaldırdığını bildirib.

Məhkəmədə şahid Samir Kazımov ifadə verib. Onun sözlərinə görə, 2004-cü ildən sözügedən idarədə baş məsləhətçi işləyib:

"Hər il tədbirlər planı olurdu. O planlar əsasında tədbirlər keçirmişik. Müəyyən qədər vəsait götürüb tədbirlərə xərcləmişik. Tədbirlərimiz çox olurdu. Tədbirlərdən sonra bankdan götürülən pulların təyinatı üzrə xərclənməsinə dair hesabat verirdim. Elə olurdu ki, planda nəzərdə tutulmayan tədbirlərimiz də olurdu.Bunlar məktub əsasında keçirilirdi. Bu tədbirlərə pullar ayrılmış vəsaitdən xərclənirdi. Biz digər qurumlarla da tədbirlər təşkil edirdik".

Şahidin ibtidai istintaqa verdiyi ifadəsi ilə məhkəmədəki ifadəsində ziddiyyətlər olduğu üçün onun ibtidai istintaqa verdiyi ifadəsi elan olunub. Belə ki, şahid ibtidai istintaq zamanı deyib ki, bəzən tədbirlər planında nəzərdə tutulan tədbirlərin bir neçəsi keçirilməyib. Şahid sözügedən ifadələr arasındakı ziddiyyətə münasibət bildirməyib.

Növbəti proses iyulun 9-na təyin olunub.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan cinayət işi istintaqı zamanı təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 179.4-cü ( mənimsəmə-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.

İş üzrə dəymiş ziyandan 100 min manat ödənilib.

WhatsApp-da Səs Media Qrupu kanalını izləyin

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər xəbərlər

Hadisə

Bu ərazilərdən Azərbaycana ət və ət məhsullarının idxalı məhdudlaşdırılıb

Hadisə

Sumqayıtda "Kalaşnikov" avtomatı və ov tüfəngi aşkarlanıb

Hadisə

Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb

Hadisə

Ağcabədi sakinini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Hadisə

Sui-qəsd hazırlamaqda ittiham olunan şəxsə hökm

Hadisə

Saatlıda yol qəzasında iki nəfər xəsarət alıb - FOTOLAR

Hadisə

Toyuq dərisi məhsulunda uyğunsuzluq aşkarlanıb

Hadisə

Qaraçuxurda narkokuryerlikdə şübhəli bilinən şəxs saxlanılıb

Hadisə

Reabilitasiya mərkəzində pasiyentlərə işgəncə verməkdə təqsirləndirilən şəxslə bağlı qərar verilib

Hadisə

1358 hektar ərazi minalardan təmizlənib

Hadisə

Dələduzluq etməkdə ittiham olunan şəxs özünü təqsirli bilmir

Hadisə

Ruben Vardanyanın cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
9
sia.az

10Mənbələr