ABŞ-nin 2025-ci ilin iyulundan əvvəl İrana qarşı hərbi əməliyyatlara başlayacağı ehtimalı ilə bağlı proqnoz 75%-i keçib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Polymarket” onlayn proqnoz platforması məlumat yayıb.
Xidmətin məlumatına görə, onun istifadəçiləri hazırda ABŞ Silahlı Qüvvələrinin gələn aydan əvvəl İslam Respublikasına hücum ehtimalını 77% qiymətləndirirlər. Eyni zamanda, iyunun 18-nə olan məlumata görə, bu rəqəm 81%-ə çatıb. Çərşənbə axşamı günortadan sonra bu götərici 45% idi.
İyunun 17-də ABŞ Prezidenti Donald Tramp İrandan qeyd-şərtsiz təslim olmağı tələb edib. Ağ Ev rəhbəri qeyd edib ki, İran probleminin həlli üçün Amerika ordusundan istifadə etmək istəməz, lakin Vaşinqtonun səbri tükənir.
İyunun 13-nə keçən gecə İsrail İranın nüvə və hərbi obyektlərinə zərbələr endirərək “Oyanmış şir” əməliyyatına başlayıb. İran buna cavab olaraq “Doğru vəd 3” əməliyyatına başlayıb və İsraildəki hərbi obyektləri vurub. İki ölkənin bir-birinə hücum zərbələri davam edir.