Azərbaycanı UEFA Konfrans Liqasının ikinci mərhələsində təmsil edəcək "Zirə" və "Araz-Naxçıvan"ın potensial rəqibləri müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, bu gün saat 17-də keçiriləcək püşkatmadan öncə komandalar qruplara bölünüblər.

Bu səbəbdən "Zirə"nin 5, "Araz-Naxçıvan"ın isə 4 potensial rəqibi qalıb.

"Zirə"nin potensial rəqibləri

3-cü qrup

1. "Hayduk Split" (Xorvatiya)

2. "Maribor" (Sloveniya)

3 AEK (Yunanıstan)

4 "Dunayska Streda" (Slovakiya)

5 AEK (Larnaka, Kipr) - "Partizan"(Serbiya) cütünün qalibi

"Araz-Naxçıvan"ın potensial rəqibləri

9-cu qrup

1. "İstanbul Başakşehir" (Türkiyə)

2 "Omoniya" (Kipr)

3 "Aris" (Yunanıstan)

4 "Beytar" (İsrail)