AZ

Azərbaycan ən qüdrətli dövrünü yaşayır -Fərhad Abdullayev

Bakı. Trend:

Qloballaşma prosesi, iqlim dəyişiklikləri, münaqişələr, süniintellekt texnologiyaları dövrünə keçid, digər müxtəlif istiqamətlitransformasiyalar dünya üçün yeni çağırışlar yaradır.

Trend xəbər verir ki, bu sözləri Azərbaycan RespublikasınınKonstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bu gün keçirilən“Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insanhüquqları institutlarının rolu” mövzusunda OmbudsmanlarınBeynəlxalq Simpoziumunda çıxış edərkən deyib.

O vurğulayıb ki, bu gün dünyada istər siyasi, istərsə dəiqtisadi cəhətdən mürəkkəb vəziyyət hökm sürür:

“Qloballaşma prosesi, iqlim dəyişiklikləri, münaqişələr, süniintellekt texnologiyaları dövrünə keçid, digər müxtəlif istiqamətlitransformasiyalar dünya üçün yeni çağırışlar yaradır. Hazırda birçox dünya dövlətləri mürəkkəb siyasi sınaq qarşısındadır. Lakinbütün bu çətinliklərə baxmayaraq, bizim ölkəmiz gündən-günəgüclənərək, bu gün deyə bilərik ki, ən qüdrətli dövrünü yaşayır.Müstəqillik dövründə əldə edilən ən vacib nailiyyət isə şübhəsizki, torpaqlarımızın işğaldan azad edilməsi və dövlət suverenliyinintam bərpası oldu. Əldə olunan qələbə sayəsində Konstitusiyasınınhüquqi qüvvəsinin işğaldan azad edilmiş bütün torpaqlarımızdaşərtsiz bərqərar olunması ilə Konstitusiyada təsbit edilmiş hüquqvə azadlıqlar tam şəkildə bərpa edildi”.

Seçilən
9
2
az.trend.az

3Mənbələr