AZ

Qloballaşan dünyada dövlətin və cəmiyyətin sabit inkişafı üçün qanunun aliliyinin təmin edilməsi mühüm şərtdir - Konstitusiya Məhkəməsinin sədri

Bakı. Trend:

Ombudsman təsisatı insan hüquq və azadlıqlarının qorunması,onların təmini vəziyyətinin araşdırılması, bu sahədə mövcudçatışmazlıqların aşkar edilməsi, pozulmuş hüquqların bərpası,həmçinin əhali arasında hüquqi maarifləndirmə işinə öz mühümtöhfəsini verir.

Trend xəbərverir ki, bu sözləri Azərbaycan Respublikasının KonstitusiyaMəhkəməsinin sədri Fərhad Abdullayev bu gün keçirilən “Qanununaliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqlarıinstitutlarının rolu” mövzusunda Ombudsmanların BeynəlxalqSimpoziumunda çıxış edərkən deyib.

O bildirib ki, qloballaşan dünyada dövlətin, cəmiyyətin harmonikvə sabit inkişafında fundamental hüquq və azadlıqların qorunması,qanunun aliliyinin təmin edilməsi mühüm şərtdir.

"Qanunun aliliyinin təmin edilməsi, insan hüquq vəazadlıqlarının müdafiəsi bir sıra dövlət orqanlarının ümumi, ortaqməqsədidir. Bu mühüm məqsədlərə nail olmaq üçündövlət hakimiyyətorqanları arasında səmərəli əməkdaşlıq münasibətlərinin qurulmasıvə bu münasibətlərin inkişaf etdirilməsi olduqca vacibdir. Belə ki,dövlət hakimiyyəti orqanlarının, qurumlarının, o cümlədən müxtəlifinstansiya məhkəmələrinin fəaliyyətini bir-birindən təcrid edilmişşəkildə təsəvvür etmək qeyri-mümkündür. Fikrimcə, birgə fəaliyyət,əməkdaşlıq effektiv nəticələrin əldə edilməsinin vacibfaktorlarından biridir".

"Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi ilə Ombudsmantəsisatı arasındakı qarşılıqlı əlaqəyə toxunaraq qeyd etməkistərdim ki, bu cür qarşılıqlı münasibətlərin və təcrübəmübadiləsinin aparılması böyük əhəmiyyət kəsb edir. Belə ki,Ombudsman təsisatı tərəfindən Konstitusiya Məhkəməsinə verilənsorğular insan hüquq və azadlıqlarının müdafiəsi baxımından olduqcasəmərəli vasitə olmaqla, bu sorğular əsasında qəbul edilmişPlenumun qərar və qərardadları həm nəzəri, həm də praktikiəhəmiyyət daşıyır.
Ümumilikdə, bu günə qədər İnsan Hüquqları üzrə Müvəkkil tərəfindənverilən sorğular əsasında Konstitusiya Məhkəməsinin Plenumutərəfindən 25 qərar və 7 qərardadqəbul edilib. Həmin qərarlardamüvafiq qanunvericilik normalarının Konstitusiyaya uyğunluğubaxımından təhlili aparılmış, onlara hüquqi qiymət verilmişdir.Bəzi hallarda hüquq tətbiq edici orqanlar üçün müəyyən praktikiistiqamətlər müəyyən edilmişdir. Ümid edirəm ki, biz yaranmışfaydalı işbirliyimizi davam etdirəcəyik",- deyə Fərhad Abdullayevəlavə edib.

Seçilən
2
az.trend.az

1Mənbələr