AZ

QDİƏT PA baş katibi: Zəngəzur dəhlizi açılmalıdır, buna alternativ yoxdur

Zəngəzur dəhlizi açılmalıdır, buna alternativ yoxdur.

APA-nın xəbərinə görə, bunu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) baş katibi Asəf Hacıyev deyib.

Asəf Hacıyev bildirib ki, Zəngəzur dəhlizi Qara dəniz bölgəsinə aiddir: “Əsas prinsip əməkdaşlıqdır. Zəngəzur Dəhlizi olmasa, əməkdaşlıq necə olacaq?! Əməkdaşlıq üçün bəzi yollar var. Məsələn, bunlardan biri İran üzərindəndir. Amma bu gün iqtisadiyyatda hamı ucuz yollar axtarır. Ən ucuz yol da Zəngəzur dəhlizidir. Bu gün Zəngəzur dəhlizi ilk növbədə Ermənistana lazımdır, çünki Azərbaycan öz məsələlərini həll edib. Ona görə düşünürəm ki, onların da ağlı başına gələcək və Zəngəzur dəhlizi açılaca. Zəngəzur dəhlizi açılmalıdır, buna alternativ yoxdur. Dünyada belə misallar var. Rusiyadan Kalininqrada gedəndə Litvadan keçirlər, ancaq qatar yoxlanılmır. Necə olar ki, mən ölkəmin bir ərazisindən digərinə keçirəm, amma məni yoxlasınlar. Azərbaycan vətəndaşlarının keçidi yoxlanışsız olmalıdır. Yüklərin yoxlanışı isə müqavilə və ya danışıqlar yolu ilə bilər”.

Seçilən
15
5
apa.az

7Mənbələr