AZ

“Bu addımlar ədalət mühakiməsinin keyfiyyətinə mühüm təsir göstərib”

Məhkəmə-Hüquq Şurasının yaranmasının 20-ci ildönümü münasibətilə “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” adlı beynəlxalq konfrans keçirilib.

“Qafqazinfo”xəbər verir ki, tədbirdə Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov çıxış edib.

O bildirib ki, Ümummilli lider Heydər Əliyev tərəfindən hüquqi dövlət quruculuğu sahəsində həyata keçirilən mütərəqqi islahatlar Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib:

“Məhkəmə sisteminin müasirləşdirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin və şəffaflığın artırılması, yeni texnologiyaların tətbiqi istiqamətində mühüm addımlar atılıb. Bu addımlardan biri də 2005-ci ildə məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən mahiyyətcə yeni qurum - Məhkəmə-Hüquq Şurasının yaradılmasıdır.

Növbəti illərdə vətəndaşların məhkəməyə müraciət imkanlarının genişləndirilməsi məqsədilə regional apellyasiya və ixtisaslaşdırılmış məhkəmələr yaradılıb, “Elektron Məhkəmə” İnformasiya Sistemi istifadəyə verilib 2019-cu il 3 aprel tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” imzalanmış Fərman məhkəmə-hüquq sisteminin inkişafı üçün bir növ “yol xəritəsi” olmuş və bu sahədə yeni inkişaf mərhələsinə yol açıb. Fərmanın icrası çərçivəsində kompleks qanunvericilik, institusional və praktiki tədbirlər həyata keçirilib”.

İ.Kərimov əlavə edib ki, hakimlərin seçimi, təyinatı və vəzifədə irəli çəkilməsi sahəsində şəffaflıq və çeviklik prinsipləri əsasında mühüm yeniliklər həyata keçirilib: “Atılan bütün bu addımlar ədalət mühakiməsinin keyfiyyətinə mühüm təsir göstərib, ölkəmizdə məhkəmələrə olan inamı daha da möhkəmləndirib. Təsadüfi deyil ki, cari ilin oktyabr ayında 93 ölkənin hakimlərini  birləşdirən Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyası paytaxtımızda keçiriləcək. Bu mühüm tədbirin Azərbaycanda keçirilməsi məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin edilməsi sahəsində həyata keçirilən islahatlara beynəlxalq səviyyədə verilən qiymətin təzahürüdür”.


Seçilən
14
1
qafqazinfo.az

2Mənbələr