Şimali Makedoniya Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası (QDİƏT PA) çərçivəsində əməkdaşlığı daha da inkişaf etdirəcək.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Şimali Makedoniyanın QDİƏT PA-da iştirak edən nümayəndə heyətinin üzvü Blaqika Lasovska bildirib.
Onun sözlərinə görə, ölkəsi iki il əvvəl QDİƏT PA-ya qoşulub: "Bu təşkilat Şimali Makedoniyaya böyük üstünlüklər verir. Biz QDİƏT PA-da əməkdaşlıq əlaqələrinə böyük önəm veririk. Çünki xüsusilə Azərbaycan daxil olmaqla təşkilata üzv ölkələrlə əməkdaşlıq edirik. Ümid edirəm ki, bizim iqtisadi və siyasi əlaqələrimiz təşkilat çərçivəsində getdikcə artacaq".