AZ

13 yaşlı Ağdam sakini: Gələcəkdə Ağdamda həkim olmaq istəyirəm

Hər zaman nənəmlə babamın danışdığı o doğma yurdu görmək istəyirdim. Onlar Ağdamı elə təsvir edirdilər ki, sanki bir nağıl aləmidir. Mən isə orada olmamışdım. Görmədiyim üçün çox üzülürdüm. İndi isə arzuma çatmışam.

AZƏRTAC xəbər verir ki, bu fikirləri bu gün Ağdam rayonunun Kəngərli kəndinə köç edən 13 yaşlı sakin Zeynəb Abbasova deyib.

Zeynəb qeyd edib ki, Kəngərlidə yaşamağa və burada təhsil almağa hazırlaşır: “İlk gündən bəri həyəcanlıyam. Burada oxuyacağam, dostlarım olacaq, müəllimlərim olacaq. Gələcəkdə Ağdamda həkim olmaq istəyirəm”.

O bildirib ki, bu gün ailəsi ilə birlikdə doğma yurda qovuşmaq onun üçün unudulmazdır: “Əvvəllər yalnız şəkillərdə, videolarda görürdüm. Çox sevinirəm ki, mən də Vətənə qayıdanlardan biriyəm”.

Seçilən
3
3
yeniazerbaycan.com

4Mənbələr