AZ

"Florida Panthers" ardıcıl ikinci mövsüm Stenli kubokunun qalibi olub

Stenli kuboku finalının altıncı oyununda "Edmonton"u 5:1 hesabı ilə məğlub edən "Florida Panthers" seriyada 4-2 hesablı qələbə qazanıb.

İdman.biz xəbər verir ki, ABŞ təmsilçisi ardıcıl ikinci mövsüm NHL pley-offunun qalibi olub.

"Edmonton" isə son 47 ildə ardıcıl iki Stenli kubokunun finalında məğlub olan ilk NHL klubudur.

Ümumiyyətlə, 1993-cü ildən sonra Stenli kubokunu qazana bilməyən Kanada təmsilçiləri 8 finalda məğlub olublar. Kanadalıların sonuncu uğuruna 32 il əvvəl "Monreal" imza atıb.

İdman.biz

Seçilən
6
1
idman.biz

2Mənbələr