AZ

İranda rejimi hərbi yolla dəyişmək istəyənlər... - Makron xəbərdarlıq etdi

Fransa prezidenti Emmanuel Makron İranla bağlı mühüm açıqlama verib.

Publika.az xəbər verir ki, hazırda Kanadada keçirilən G7 Liderlər Zirvəsində iştirak edən Makronun sözlərinə görə, İranda rejim dəyişikliyini hərbi müdaxilə ilə həyata keçirmək bu gün ediləcək ən böyük səhv olardı.

O bildirib ki, belə bir addım regionda xaosa səbəb ola bilər: “İranda rejimi hərbi yolla dəyişmək istəyənlər bilməlidir ki, bu, xaos deməkdir. İranın nüvə və ballistik proqramları ilə bağlı danışıqların bərpasına ehtiyac var. Mən 8 ildir bu mövqeyə sadiqəm. Fikirlərimi dəyişmirəm. Kiminsə fikrini dəyişməsi onun problemidir”.

Makron, həmçinin bəyan edib ki, ABŞ olmadan bu mövzuda effektiv danışıqlar mümkün deyil: “Dünən Trampa nə demişdimsə, bu gün də sizə eynisini deyirəm. Masaya hamını toplamaq üçün ABŞ vacibdir”.

Seçilən
15
publika.az

1Mənbələr