AZ

Səbinə Əliyeva: "Qanunun aliliyi insan hüququnun ən mühüm təminatçısıdır"

"Qanunun aliliyi təkcə cəmiyyətin ədalətli və dayanıqlı inkişafının təməl daşı deyil, həm də insan hüquq və azadlıqlarının ən mühüm təminatçısıdır".

"Cebheinfo.az" xəbər verir ki, bu sözləri Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları institutlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumunda çıxışı zamanı deyib.

O bildirib ki, Konstitusiyanın əsas məqsədlərindən biri də dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasıdır:

“Bu amillər demokratik dövlətin mövcudluğunun və institusional davamlılığının, onun beynəlxalq hüququn subyektinə çevrilməsinin başlıca şərtləri kimi çıxış edir”.

"Cebheinfo.az" 

Seçilən
1
2
cebheinfo.az

3Mənbələr