AZ

Braziliyalı professor: COP30 a hazırlıq dövründə fəal əməkdaşlığa görə Azərbaycan dövlətinə minnətdarıq

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bonn, 18 iyun, Pərvanə Qafarova, Elvin Mövsümov, AZƏRTAC

Bakıda keçirilən COP29 konfransı ilə bağlı təəssüratlarım çox yaxşıdır. Azərbaycan hökumətini COP29-u yüksək səviyyədə təşkil etməsi münasibətilə bir daha təbrik edirəm. Bakıda iki həftə ərzində olmaqdan həzz aldım. Təbii ki, biz Bakıda aparılan danışıqların, əldə edilən razılaşmaların icrasına nail olmalıyıq.

Bu fikirləri Bonn İyun İqlim Sammitində iştirak edən braziliyalı iqlim mütəxəssisi, professor Andrea Souza Santos AZƏRTAC-a müsahibəsində deyib.

Bakıda çox mühüm qərarların qəbul olunduğunu xatırladan Andrea Souza Santos vurğulayıb: “Xüsusilə “Bakıdan Belemə Yol Xəritəsi” üzrə ambisiyaların gücləndirilməsi baxımından ciddi çətinliklərlə üzləşəcəyik. Zənnimcə, ən böyük çətinlik Bakıda verilən vədləri reallığa çevirməkdir. İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin vurğuladığı kimi, artıq hərəkətə keçmək vaxtıdır. Ümid edirəm ki, Brazilyada keçiriləcək COP30 Konfransı da böyük uğura imza atacaq”, - deyə professor qeyd edib.

Ölkəmizdə yüksək qonaqpərvərlikdən məmnunluğunu ifadə edən Andrea Souza Santos bildirib: “Brazilyalılar da azərbaycanlılar kimi çox qonaqpərvərdirlər. İnkişaf edən Bakıda qəbul olunan “Bakıdan Belemə Yol Xəritəsi” çox böyük əhəmiyyət kəsb edir. Bu prosesdə birgə əməkdaşlığa görə Azərbaycan dövlətinə təşəkkürümü bildirirəm”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
1
azertag.az

2Mənbələr