AZ

Dünən təşəkkür, bu gün təxribat Ruslara Artsax lazımdır?

ain.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Rusiya liderinin mətbuat katibi Dmitri Peskov rusların İrandan çıxarılması üçün şərait yaratdığına görə dünən Azərbaycana minnətdarlıq edib. Bu gün isə Rusiya televiziyasının birinci kanalında Azərbaycanın ərazi bütövlüyünə qarşı daha bir təxribat törədilib.

"Unikal" xəbər verir ki, rusiyalı jurnalist və aparıcı Vladimir Solovyov birinci kanalda çıxışı zamanı "Artsax" ifadəsini işlədib. 

"Samvel Karapetyan indi Ermənistanın tarixinə xəyanət edən, Artsaxı təslim edən, erməni xalqının saxladığı bütün müqəddəs şeylərə xəyanət edən xəyanətkar, xəsis hakimiyyətin görünməmiş təzyiqi altındadır", - deyə qeyd edib. 

Solovyov həmçinin deyib ki, guya ermənilər İrəvandan xeyli əvvəl "Artsax"da yaşayıblar. 

Qeyd edək ki, bu, Rusiya televiziyasının birinci kanalında ölkəmizə qarşı səsləndirilən ilk belə təxribat xarakterli açıqlama deyil.

Ağarza Elçinoğlu 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
1
unikal.az

2Mənbələr