AZ

Azərbaycan hərbi güc yolu ilə Zəngəzur dəhlizini açmalıdır

Redaktor.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Regionda dəyişən şərtlər Zəngəzur dəhlizini açılmasıni Azərbaycan üçün cəlbedici edir. Regionda yeni geosiyasi dəyişikliklər baş verir. İsrail və ABŞ tandeminin İrana hücumu Cənubi Qafqaza təsirsiz ötüşməyəcək. Xüsusilə, dünənə kimi Zəngəzur dəhlizinə mane olan İrandakı rejim "olum ya ölüm" diləmması ilə üz-üzədir. İran ABŞ ilə razılaşma əldə etsə də, əvvəlki İran olmayacaq".

Redaktor.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O, bildirib ki, demək olar ki, hərbi güc beynəlxalq hüququ üstələyib:

"İndiyə kimi İran regionda proksi qüvvələr vasitəsilə mövqeyini gücləndirməklə, Azərbaycana da ciddi təzyiqlər edirdi. Təbii ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Zəngəzur dəhlizinin reallaşmasına çalışdı. İran öz hərbi qüvvələri ilə Araz çayında təlimlər keçirərək, Zəngəzur dəhlizinin açılmasını İranın "Qırmızı xətti" elan etdi. Hazırda proseslər İranın əleyhinə işləyir. Bir il bundan əvvəl regionda dəyişən şərtlərin Tehranın düzgün qiymətləndirmədiyini yazırdıq. Ermənistana ciddi dəstək verərək, Zəngəzur dəhlizi ilə bağlı sərt ritorikadan çıxış edirdi".

Politoloqun sözlərinə görə, artıq İran ərazisindən nəzərdə tutulan "Araz" dəhlizi Azərbaycan üçün cəlbedici deyil:

"Ermənistan regionda dəyişən prosesləri düzgün qiymətləndirməli və sülh müqaviləsinə mane olan şərtləri aradan qaldırılması üçün təcili addımlar atmalıdır. Bura "Zəngəzur" dəhlizinin açılması daxildir. Əgər, Ermənistan  dəhlizi açmirsa, Azərbaycan güc tətbiq etməsi qaçılmaz ola bilər. Azərbaycan hərbi güc yolu ilə Zəngəzur dəhlizini açmalıdır. İran sıradan çıxıb. İsrail və Böyük Britaniya Azərbaycanı dəstəkləyəcək. Rusiya Ukrayna müharibəsinə görə neytral qalması mümkündür. Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyə səfəri gözlənilir. Zəngəzur dəhlizinin açılması danışıqlar predmeti olacaq". 

Vasif ƏLİHÜSEYN 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
2
redaktor.az

3Mənbələr