Reyting.az saytına istinadən ain.az xəbər verir.
Çin İsrailin zərbələrindən sonra İrana qeyri-müəyyən yükü olan təyyarələr göndərir.Reyting.az xəbər verir ki, bu barədə Britaniyanın “The Telegraph” nəşri yazıb.Bildirilir ki, hədəflərinin Lüksemburq olması ilə bağlı rəsmi açıqlamalara baxmayaraq, üç gün ərzində Çindən ən azı üç yük təyyarəsi İrana uçub. Bu insident İsraillə münaqişənin kəskinləşməsi fonunda Tehrana mümkün hərbi yardımla bağlı narahatlıqları artırıb.Qeyd olunur ki, İsrailin hava hücumundan sonra Çin İrana bir sıra “Boeing 747” yük təyyarələri göndərib. Uçuşların monitorinqi göstərir ki, Şanxay da daxil olmaqla, Çin şəhərlərindən qalxan təyyarələr Orta Asiya üzərindən uçur və İran sərhədi yaxınlığında radarlardan itir. Uçuş planlarında son təyinat məntəqələri Lüksemburq kimi göstərilib, lakin təyyarələr Avropa hava məkanında aşkar edilməyib.Mütəxəssisləri təyyarələrin daşıdığı yük narahat edir. Onların sözlərinə görə, belə təyyarələrdən çox vaxt hərbi texnikanın daşınması üçün istifadə olunur.Onu da qeyd edək ki, Çin və İran ABŞ-nın qlobal təsirinə qarşı birləşən strateji tərəfdaşlardır. Gündəlik iki milyon barelə qədər neft də daxil olmaqla, Çinin əsas enerji təchizatçısı olan İran Pekinin regiondakı əsas tərəfdaşı olaraq qalır.Buna baxmayaraq, Pekinin, xüsusən də davam edən ticarət müharibəsi fonunda ABŞ-la münasibətləri korlamamaq üçün ehtiyatlı davranacağı ehtimal edilir.Y. QACAR
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.