AZ

ASAN könüllüləri türk dünyası gənclərini bir araya gətiriblər I FOTO

Azvision portalından alınan məlumata görə, ain.az xəbər verir.

Layihə “ASAN Könüllüləri” Təşkilatı, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Türk Dövlətləri Təşkilatı tərəfindən birgə reallaşdırılıb. Əsas məqsəd süni intellekt texnologiyalarının inkişaf perspektivlərini müzakirə etmək, gənclərin bu sahədə baxışlarını və innovativ ideyalarını ortaya qoymaqdır. Eləcə də türk dövlətləri arasında gənclər müstəvisində əməkdaşlığı gücləndirmək əsas hədəflərdəndir. Simulyasiya vasitəsilə iştirakçılar müvafiq istiqamətdə təqdimatlar edərək bilik və bacarıqlarını nümayiş etdirib, regional əməkdaşlıq imkanlarını genişləndirmək imkanı əldə ediblər. Sonra “Türk dünyasının gənclər paytaxtı” çərçivəsində 80-dən çox iştirakçı Lənkəran “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub. Həmçinin onlar üçün konsert proqramı və “ABAD” Mərkəzinin tərəfdaşlığı ilə ustad dərsi təşkil edilib. AzVision.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
3
azvision.az

4Mənbələr