AZ

Oğurluq edən və avtomobil qaçıran iki nəfər ələ keçirilib

ain.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

İyunun 16-da gecə saatlarında Səbail rayonu ərazisində 2 evdən mobil telefon, 400 manat dəyərində qızıl-zinət əşyaları və 50 manat pul vəsaiti oğurlanıb.

Məlumatı DİN mətbuat xidməti verib. 

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 22 yaşlı Ə.Bağırov müəyyən olunaraq saxlanılıb. 

Abşeron rayonu ərazisində isə bir nəfərə məxsus “Hyundai” markalı avtomobili qaçırmaqda şübhəli bilinən 25 yaşlı A.İbrahimov avtomobillə birgə saxlanılıb.

Araşdırma aparılır.

P.ƏMİRCANOVXQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
6
xalqqazeti.az

7Mənbələr