AZ

Bu gün Quba, Qusar və Xaçmazda elektrik enerjisinin verilişində fasilə yaranacaq

BAKI, 18 iyun. TELEQRAF

Bu gün Quba, Qusar və Xaçmazda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə Teleqraf-a "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, Xaçmaz Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində yerləşən 35/10 kV-luq "Yeni Həyat" yarımstansiyasında profilaktik təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 16:00-dək Qubanın Yeni Güləzi, Qusarın Atlıxan, Avaranqışlaq, Cağarpalasa, Çubuqlu, Kuzunqışlaq, Quxuroba, Ləgərqışlaq, Minaxür, Susayqışlaq, Zindanmuruqqışlaq, Xaçmaz rayonunun Həbibkənd kəndi və Yeni Həyat qəsəbəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən kəndlər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Seçilən
43
30
teleqraf.com

10Mənbələr