AZ

Ədəbiyyatşünas tənqidçi Nizami Türksoyun 75 illik yubileyi qeyd olunub

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Ucar, 18 iyun, AZƏRTAC

Ucarda görkəmli ədəbiyyatşünas-tənqidçi, tərcüməçi, türkoloq, filologiya elmləri doktoru, professor, Əməkdar müəllim Nizami Məmmədovun (Türksoy) 75 illik yubileyinə həsr edilmiş yubiley tədbiri keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qazyan kənd 2 nömrəli kənd tam orta məktəbdə keçirilən yubiley tədbirinin iştirakçıları əvvəlcə kənd qəbiristanlığında şəhid məzarlarını ziyarət ediblər.

Yubiley tədbirində Nizami Məmmədovun dostu, el ağsaqqalı Adil Əhmədov iştirakçılara onunla bağlı xatirələrini bölüşüb.

Bakı Slavyan Universitetinin tərcümə kafedrasının dosenti İslam Ağakərimov yubilyarın elmi fəaliyyəti haqqında fikirlərini bildirib.

Çıxış edənlər Nizami Tağısoya təbriklərini çatdırıb, görkəmli türkoloq alimin yaradıcılığını, pedaqoji fəaliyyətini yüksək dəyərləndirib, onun haqqında xatirələrini bölüşüblər.

Sonra şairin şeirləri səsləndirilib.

Nizami Tağısoy tədbirin təşkilatçılarına minnətdarlığını bildirib, bəzi əsərlərinin nüsxələrini tədbir iştirakçılarına hədiyyə edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
azertag.az

1Mənbələr