AZ

Avropa Şəbəkəsinin rəhbəri Luiz Holk: Qarşıdan gələn illər daha çətin olacaq

BAKI, 18 iyun. TELEQRAF

"Milli insan hüquqları institutları adətən vətəndaş cəmiyyəti, dövlət və xarici təşkilatlar arasında körpü rolunu oynayaraq insan hüquqlarının effektiv implementasiyasında, hər kəsin səsinin eşidilməsində, habelə siyasətlərin beynəlxalq insan hüquqları öhdəliklərinə uyğunluğunun təmin edilməsində vacib rol oynayır. Bu simposiumun adı bilavasitə olduqca vaxtlı və aktual mövzuya həsr edilib".

Teleqraf xəbər verir ki, bunu"Konstitusiya və Suverenlik İli" və 18 iyun-Azərbaycan Respublikasında İnsan Hüquqları Gününə həsr olunmuş "Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları institutlarının rolu" mövzusunda keçirilən Ombudsmanların Beynəlxalq Simpoziumunda Ombudsman İnstitutlarının Avropa Şəbəkəsinin rəhbəri Luiz Holk deyib.

"Biz hazırda hamımız insan hüquqlarının və qanunun aliliyinə qarşı təzyiqlərin artdığı bir vaxtda fəaliyyət göstəririk. Qarşıdan gələn illər daha çətin olacağı görünür və Milli insan hüquqları institutları bu gün olduqca mühüm bir məkanda toplaşmışlar.
Milli insan hüquqalrı institutları əsas insan hüquqları problemləroini müəyyən edir və onlara qarşı vaxtında effektiv cavab tədbirləriningörülməsini, habelə uzun müddətli dayanıqlı insan hüquqlarına əsaslanan həlli yollarının tapəllmasını təmin və təşviq edir" - Luiz Holk bildirib.

Onun sözlərinə görə, Avropa Şurası Milli insan hüquqlrı istitutlarını insan hüquqları, demokratiya, qanunun aliliyinin təminində əsas rıçaq olaraq tanıyır.

"Ombudsman İnstitutlarının Avropa Şəbəkəsi olaraq qanunun aliliyinin getdikdə azaldığını görürük. 2020-ci ildən bizim institutumuz qanunun aliliyi sahəsində hesabatlılığı təmin edir. Bizim üzv ölkələr öz ölkələrində qanunun aliliyinə dair vəiyyəti monitorinq edərək bu haqda hesabatlarını bizə təqdim edirlər. Bu hesabatlar çox mühüm mövzuları məhəkəmə hakimiyyətinin müstəqilliyi, medianın müstəqilliyi, məhkəmə qərarlarının implementasiyası kimi mövzuları əhatə edir.

Bu hesabatlar vasitəsilə Ombudsman İnstitutlarının Avropa Şəbəkəsi regional və trendləri və hesabatları müəyyən edir və Avropa səviyyəsində konkret tövsiyələrini irəli sürür.

Bundan başqa hər milli insan hüquqları institutu öz hesabatında olan məsələləri həm yerli həm də beynəlxalq səviyyələrdə izləyir. Milli insan hüquqları institutları insan hüquqları, demokratiya və qanunun aliliyinin daha effektiv təmini məqsədilə dövlət qurumlarına, bir araya gələrək problemlərə həll yolu tapmağı və ictimaiyyət arasında maarifləndirmə tədbirlərini keçirməyi tövsiyə edir.

Avropa Komissiyası spesifik tövsiyələrində əksini tapmış fikirlərlə ölkələrə töhfə verir. Bu tövsiyələrin icrasına həmçinin hər ölkənin öz milli insan hüquqları institutları nəzarət edir. Milli insan hüquqları institutlarının mandatı hüquq və azadlıqların, eyni zamanda hüquq mədəniyyətinin yaradılması, demokratik dəyərlərin və inklüzivliyin qorunması, qanunun aliliyi prinsipinə hörməti təmin etmək üçün dəyişkən ola bilər",- Luiz Holk əlavə edib.

Seçilən
3
1
teleqraf.com

2Mənbələr