AZ

Samvel Karapetyana qarşı gecə əməliyyatı VİDEO

Azvision saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

AzVision.az Erməni mediasına istinadən xəbər verir ki, Samvel Karapetyan səhər saat üç radələrində Ermənistan Daxili İşlər nazirliyinin Baş Kriminal Polis idarəsinə gətirilib, daha sonra oradan İstintaq Komitəsinə aparılıb. İstintaq tədbirləri Karapetyan iki təhlükəsizlik əməkdaşının müşayiəti ilə İrəvandakı evini tərk etdikdən sonra başlayıb. Baş verənlər fonunda Karapetyanın tərəfdarları Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Baş idarənin binası qarşısına toplaşıblar. Bundan əvvəl onlar bir neçə saat Karapetyanın evində olaraq, vəziyyətin necə inkişaf edəcəyini gözləyirdilər. İyunun 17-də Karapetyanın evində axtarış aparılıb. İstintaq Karapetyanın baş nazir Nikol Paşinyan tərəfindən kəskin tənqid edilən Erməni Apostol Kilsəsinin (EAK) müdafiəsi üçün açıq çıxışından sonra başlayıb. Paşinyan xüsusilə EAK rəhbəri II Qaregini subaylıq andını pozmaqda ittiham edərək, onun vəzifədən getməsi tələbini qoyub. EAK-dan verilən cavabda bildirilib ki, kilsə ilə bağlı məsələlər “kilsənin qanunlarına və nizamnaməsinə uyğun olaraq həll edilir və dövlət və siyasi xadimlərin səlahiyyət dairəsinə aid deyil”. Samvel Karapetyan mübahisəyə “öz bildiyi kimi müdaxilə edəcəyini” açıqladıqdan sonra Paşinyan biznesmeni “alçaq” adlandırıb. Bu fonda istintaq hərəkətləri başlayıb ki, bu da medianın yazdığına görə, erməni əsilli rusiyalı milyarderə qarşı cinayət işinin başlanmasına səbəb ola bilər. Rusiya mediasının iddiasına görə, Nikol Paşinyan Samvel Karapetyana məxsus olan “Ermənistan elektirk şəbəkəsi”ni milliləşdirmək niyyətində olduğunu da bildirib. Yeri gəlmişkən, bu qalmaqal fonunda Nikol Paşinyan Armen Abazyanı Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsindən azad edib. Bu vəzifənin müvəqqəti icraçısı baş nazirin sərəncamı ilə Abazyanın müavini Andranik Simonyana həvalə edilib.

Ermənistan mediası Abazyanın milyarder Samvel Karapetyanı saxlamaqdan imtina etdiyini və Paşinyana bunun üçün heç bir əsas olmadığını bildirdiyini yazıb. Sahil İsgəndərov

AzVision.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
azvision.az

1Mənbələr