AZ

İranda MOSSAD-a işləyən 5 casus həbs edildi

İranın hüquq-mühafizə orqanları ölkənin cənub-qərbində İsrailin MOSSAD kəşfiyyat xidməti ilə əməkdaşlıq edən 5 nəfər həbs edilib.

Milli.Az xəbər verir ki, bu barədə "NourNews" agentliyi məlumat yayıb.

Şübhəli şəxslərin Xorrəmabad, Burucerd və Dorud şəhərlərində İsrailin kəşfiyyat xidmətinin tapşırıqlarını yerinə yetirməyə çalışdıqları iddia olunur.

Bundan əlavə, İran hüquq-mühafizə orqanlarının əməkdaşları Tehranın cənubunda yerləşən Rey şəhərində naməlum qrup tərəfindən planlaşdırılan bir sıra terror aktlarının qarşısını alıblar. 

Agentliyin məlumatına əsasən, uğurla həyata keçirilən əməliyyat nəticəsində mövcud təhlükələr tamamilə aradan qaldırılıb.

Milli.Az

Seçilən
5
2
milli.az

5Mənbələr