AZ

Paşinyan Samvel Karapetyandan danışıb: Mən buna dözməyəcəm

Samvel Karapetyanın bəyanatı kilsə haqqında yox, Ermənistan Respublikası barədə idi...

APA xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, elə təəssürat yaratmağa çalışıblar ki, kimlərsə haradansa Ermənistana gələ və burada məsələləri öz metodları ilə həll edə bilərlər. Baş nazir deyib ki, Ermənistanın konkret cavab rıçaqları var və o, heç kimin belə şeylər deməsinə dözməyəcək.

Ermənistan demokratik ölkədir, burada hər kəsin fikir bildirmək və toplantılar keçirmək hüququ var, amma heç kim bizim ölkəmizi təhdid edə bilməz”, - Paşinyan vurğulayıb.

O, istənilən halda ən sərt addımları atacağını bəyan edib.

“Samvel Karapetyan deyib ki, siyasətçilər uğur qazana bilməsələr, biz öz yolumuzla müdaxilə edəcəyik. Bu bəyanat artıq adekvat qiymət alıb və alacaq”, - Baş nazir əlavə edib.

Qeyd edək ki, ötən gün Ermənistan Kriminal Polisi “Taşir” Şirkətlər Qrupunun rəhbəri, rusiyalı biznesmen Samvel Karapetyanın evində axtarışlara başlayıb.

Hər şey iş adamı Erməni Apostol Kilsəsinin müdafiəsinə qalxdıqdan sonra başlayıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan da yaşananlara sosial şəbəkə hesabında münasibət bildirib:

“Bura sizin üçün Kaluqanın Nijniy Tapr kəndi yox, Ermənistandır. Ümid edirəm ki, dövlətin dadı damağınızda qalacaq”.

Ermənistan Daxili İşlər Nazirliyi Samvel Karapetyanın saxlanılmasını təsdiqləyib. DİN-in mətbuat katibi Narek Sarqsyan bildirib ki, Karapetyan İrəvanda tutulub.

Poliqon.info

Seçilən
6
6
poliqon.info

8Mənbələr