AZ

Gənclər Kitabxanasında 18 İyun İnsan Hüquqları Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 18 iyun, AZƏRTAC

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları tərəfindən “Azərbaycanda insan hüquqlarının təmin edilməsi dövlətin ali məqsədidir” adlı daycest, ənənəvi və virtual kitab sərgisi hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, vəsaitdə respublikamızda insan hüquq və azadlığı siyasətini tənzimləyən rəsmi sənədlərin, “Heydər Əliyev və insan hüquqları”, “Azərbaycan insan hüquq və azadlıqlarının qorunduğu dövlətdir”, “İnsan hüquqlarının qorunması müasir dünyaya qovuşmağın əsas yoludur” adlı məqalələrin tam mətni və mövzu ilə əlaqədar 2011 - 2025-ci illərdə dövri mətbuatda çıxan 25 məqalənin biblioqrafik təsviri, internet linki və qısa məzmunu təqdim edilir. Daycest kitabxananın rəsmi saytında https://www.ryl.az/funds/daycest yerləşdirilib.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan “İnsan hüquqları” adlı virtual kitab sərgisində fəlsəfə üzrə fəlsəfə doktoru Vahid Ömərovun “Ulu Öndər Heydər Əliyevin Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi siyasəti”, “Multikulturalizm və Heydər Əliyev”, BDU-nun Mülki proses, əmək və ekologiya hüququ kafedrasının dosenti, hüquq elmləri üzrə fəlsəfə doktoru Zahid Cəfərovun “İnsan hüquq və azadlıqlarının etibarlı hamisi Mehriban Əliyev” kimi məqalələrlə yanaşı 20-ə yaxın kitabın tam mətni təqdim edilir.

İstifadəçilər rəsmi saytda yerləşdirilən https://www.ryl.az/multimedia/insan-huquqlari linkdən istifadə edərək kitab və məqalələrin tam mətni ilə tanış ola bilərlər.

Kitabxana daxilində “18 İyun - İnsan Hüquqları Günü” adlı ənənəvi kitab sərgisi də hazırlanıb. Sərgidə kitabxananın fondunda olan mövzu ilə əlaqədar kitablar, kitabxana əməkdaşları tərəfindən hazırlanmış ”Azərbaycanda insan hüquqlarının təmin edilməsi dövlətin ali məqsədidir” adlı daycest sərgilənməkdədir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
azertag.az

1Mənbələr