AZ

Ombudsmanların Qlobal Alyansının rəhbəri: Qanunun aliliyi insan hüquqlarının həyata keçirilməsində əsas amildir

Bakı, 18 iyun, AZƏRTAC

Qanunun aliliyi insan hüquqlarının həyata keçirilməsində əsas amildir. Bu, məhz insan hüquqlarının prinsip olmaqdan çıxaraq reallığa çevrilməsidir. Qanunun aliliyi olmadan insan hüquqlarına effektiv əlçatanlıq mümkün deyil.

AZƏRTAC xəbər verir ki, bu sözlər Ombudsmanların Qlobal Alyansının rəhbəri Amina Buayaşın Bakıda keçirilən Ombudsmanların Beynəlxalq Simpoziumunda videomüraciətində əksini tapıb.

“Milli insan hüquqları və ombudsman institutları olaraq qanunun aliliyi bizim fəaliyyətimizin əsasını təşkil edir. Qanunun aliliyi qanun qarşısında şərəf və ləyaqəti, bərabərliyi və ayrı-seçkilikdən müdafiəni təmin edir”, - deyə o, videomüraciətində bildirib.

Seçilən
7
azertag.az

1Mənbələr