Pravda.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Qara nöqtələr bir çox insan üçün həm estetik, həm də dəri sağlamlığı baxımından narahatlıq yaradır.
Pravda.az bildirir ki, qara nöqtələr ən çox burun, alın və çənə nahiyəsində yaranan bu nöqtələr, əslində tıxanmış məsamələrdən ibarətdir.
Qara nöqtələr niyə yaranır?
Dərinin yağ və ölü hüceyrələrlə tıxanması nəticəsində yaranan qara nöqtələr, hava ilə təmasda oksidləşərək qaralır. Yağlı dəri tipinə malik olanlarda isə bu problem daha tez-tez müşahidə olunur.
Qara nöqtələri necə təmizləmək olar?
– Sıxmaq əvəzinə müntəzəm təmizlik və uyğun qulluq məhsullarından istifadə tövsiyə olunur.
– Salisilik turşusu və retinol tərkibli məhsullar məsamələrin açılmasına kömək edir.
– Burun bantları, həftəlik qulluqda praktiki həll ola bilər.
– Detoks və gil maskaları ilə dərin təmizləmə etmək mümkündür.
– Gün ərzində iki dəfə üzü yumamaq, dərinin təbii balansını qorumağa kömək edir.
– Makiyajı azaldın, yağsız və su əsaslı məhsullara üstünlük verin.
Sıxmaq təhlükəlidir!
Qara nöqtələri əllə sıxmaq dəriyə ziyan vurur, infeksiyaya və daimi ləkələrə səbəb ola bilər. Xüsusilə dırnaqlarla təzyiq göstərmək dəriyə zədələyici təsir edir.
Nə zaman həkimə müraciət etməli?
Ev üsulları və məhsullar nəticə vermədikdə, dermatoloq müdaxiləsi ilə kimyəvi pilinq, mikrodermabraziya və ya lazer müalicəsi kimi üsullardan istifadə oluna bilər.
Əminə Bayramova
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.