AZ

Gənc iqlim çempionu: COP30 çoxtərəfli hərəkata çevrilməlidir

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

"İstərdim ki, biz gənclər də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası prosesinə qatılaq. Bununla biz də iqlim dəyişiklikləri və onun nəticələrini yaxından görə bilərik. Xüsusilə də Qlobal Cənub, qaradərili qadınlar, gənclər və uşaqlar üçün bu, çox vacibdir".

Bunu Almaniyanın Bonn şəhərində baş tutan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri Konfransında gənc iqlim çempionu Marsel Olivyera jurnalistlərə açıqlamasında söyləyib.

"Gözləntim odur ki, COP30 çoxtərəfli hərəkata çevrilsin. Bütün hökumətlər və tərəflər bir araya gəlib sistemi dəyişmək və daha effektiv etmək üçün ciddi addımlar atsınlar. Bu, bizim üçün real icra COP-u olmalıdır. Çünki artıq bu addımlar atılmalıdır, sabaha saxlanılmamalıdır", - deyə o sözlərinə əlavə edib.

Daha ətraflı Baku TV-nin videomaterialında:

Gənc iqlim çempionu: "COP30 çoxtərəfli hərəkata çevrilməlidir"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
oxu.az

1Mənbələr